Ermənistan Avropa Məhkəməsində
Ermənistan Avropa Məhkəməsində

Azərbaycan və Türkiyə üçün real təhlükə

Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi artıq Ermənistana keçir. 123-cü iclasda sədrlik Andorradan Ermənistana verilib. Bu məqsədlə xarici işlər naziri Edvard Nalbandyan Strasburqa gəlib. Səfər çərçivəsində o, Avropa Şurasının baş katibi Turbern Yaqlandla görüşüb.
Yaqlanda görüş zamanı qeyd edib ki, yeni post İrəvan üzərinə böyük məsuliyyət qoyur.Avropa Şurasının Nazirlər Komitəsinin tərkibi üzv dövlətlərin xarici işlər nazirlərindən ibarətdir. Komitə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı məhkəmə qəraralrının icrasına nəzarəti həyata keçirir. Ermənistan Komitəyə altı ay müddətində rəhbərlik edəcək.Maraqlıdır,Ermənistanın bu mühüm posta rəhbərlik etməsi Azərbaycan üçün hansı problemlər yarada bilər? Ekspertlər hesab edir ki, ilk növbədə Ermənistan bütün imkanlarından yararlanaraq elə Azərbaycana Avropa Məhkəməsi vasitəsi ilə təsir göstərməyə çalışacaqlar. Məsələn ekspertlər hesab edir ki, Avropa Məhkəməsi vasitəsi ilə Azərbaycanın imici haqqında mənfi rəy yaradıla bilinər. Bunun üçün iki üsuldan istifadə olunacaq. Birinci çalışılacaq ki, Avropa Məhkəməsinə Azərbaycanla bağlı göndərilən şikayətlərin baxılmasını sürətləndirsinlər. Yəni tutalım 3 ay ərzində Azərbaycanla bağlı bir məsələyə baxılırdısa,indi isə bu rəqəm bir neçə dəfə artırıla bilinər. Digər tərəfdən hazırda Avropa Məhkəməsində Azərbaycanla bağlı bir neçə məsələyə baxılıb və icra olunmamış haldadır ki, bunlardan da istifadə oluna bilər. Belə ki, Avropa Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovla, keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin məsələsinə baxılıb və hardasa onların azadlığa buraxılması məsələsi gündəmə gətirilib. Amma Azərbaycan tərəfi sözsüz ki, bu qərarla razılaşmayacaq ki, bundan da istifadə olunacaq. Başqa problemli bir məsələ isə İsmayıllı hadisələrinə görə həbs olunan REAL təşkilatının sədri İlqar Məmmədovun məsələsidir. Avropa Məhkəməsində də təcili bu məsələyə baxıldı və Azərbaycan hakimiyyətindən bir sıra məsələlərin aydınlaşdırılması istənildi. Bunu da qeyd edək ki, İlqar Məmmədov qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini bəyan edib və demək olar ki, Avropada belə rəy yaradılıb ki, İlqar Məmmədov məhz prezidentliyə namizəd olmaq istədiyinə görə həbs edilib. Ermənistan sözsüz ki, bu faktordan da istifadə etməyə çalışacaq. Ekspertlər hesab edir ki, Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədr seçilməsi Türkiyə üçündə ciddi problemlər yaradacaq. Belə ki, hazırda Avropa Məhkəməsində onlarla iş var ki, bu işlərdə istər Yunanıstan vətəndaşları, istərsədə dünya erməni lobbisinin Türkiyədən pul və torpaq təzminatı tələb edilir. Ekspertlər hesab edir ki, Ermənistan rəhbərlik etdiyi müddətdə bu işlərində yenidən aktivləşməsinə nail olacaq. Bu isə Türkiyənin hazırkı durumunda bu ölkəyə ağır zərbə olacaq. Bunlarla yanaşı məlum olduğu kimi 5 aydan sonra Azərbaycanda prezident seçkiləri olacaq. Nazirlər kabinetinə sədrlik edən Ermənistan bu məsələyə də biganə qalmayacaq və çalışılacaq ki, beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərin nəticəsini qəbul etməsinlər və ya qüsurlu seçki kimi dəyərləndirsinlər. Bu isə bir başa Dağlıq Qarabağ probleminin gələcək həllinə mənfi təsirini sözsüz ki, göstərəcək.
Mehdi Əli