Postmodernizmin yazarlarından olan Con Bart vəfat edib.

"Unikal" xəbər verir ki, amerikalı yazar 93 yaşında dünyasını dəyişib. ABŞ-də vəfat edən Bartın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, yazar "Üzən opera", "Əyləncəxanada itmişlər", "Dənizçinin son səyahəti" kimi əsərlərin müəllifidir. O, 1973-1995-ci illərdə Con Hopkins Universitetində dərs deyib.