Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə iki matç keçirilib. "Beşiktaş" səfərdə "Başakşəhər"in qonağı olub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Günün digər oyunu olan "Samsunspor" - Pendikspor" matçı da bərabərliklə bitib - 0:0.

Qeyd edək ki, turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 82 xalla ikinci, "Trabzonspor" isə 52 xalla üçüncü pillədə qərarlaşıb.