Türkiyənin Isparta bölgəsində UH-1 tipli hərbi helikopter məcburi eniş edib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Burdur gölünün kənarına məcburi eniş edən helikopterdə yağ sızmasının baş verdiyi məlum olub. 

Helikopterdə olan 5 ekipaj üzvü təxliyə edilib.

Helikopterə heç bir ziyan dəyməyib. 

Ağarza Elçinoğlu