Tayvanın şərq sahillərindəki Hualien qraflığı ərazisində maqnitudası 3,1 ilə 5,4 arasında dəyişən silsilə zəlzələlər baş verib.

"Unikal" xəbər verir ki,  bu barədə Adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb. 

Ən güclü təkanlar - 5,4 və 5,1 bal gücündə olub. Birinci halda zəlzələnin episentri Hualien qraflığından 16,7 kilometr şimal-şərqdə, ikinci halda qraflığından 21,4 kilometr cənubunda qeydə alınıb.