Xırdalanda çoxmərtəbəli yaşayış binası yanır.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və evin dam örtüyündə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.