Ukraynanın Dövlət Təhqiqatlar Bürosu (DTB) adı açıqlanmayan Rusiya şirkətindən ələ keçirilən 557 min dolları büdcəyə köçürüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

İndi vəsaitləri Ukraynanın Aktivlərin Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyi (ARMA) idarə edəcək. 

Məlumata görə, pullar Rusiyanın kimya məhsulları ticarəti şirkətinə məxsus ola bilər, şirkətin fəaliyyətindən əldə olunan gəlirin Rusiyaya göndərilməsi səbəbindən bank hesablarına Peçerski Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. 

Ağarza Elçinoğlu