Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində "Taliban" tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma olub. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, sərhəd münaqişə səbəbindən bağlanıb. "Taliban" iranlı sərhədçilərdən birini həbs edib.

"Taliban" hərəkatının nümayəndələri və İran hakimiyyəti münaqişə ilə bağlı hələlik şərh verməyib.

Ağarza Elçinoğlu