Rusiya prezidenti Vladimir Putinə qarşı tribunal çox güman ki, bu ilin sonuna kimi yaradılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa komissarı Didye Reynders açıqlayıb. 

"Biz bu tribunalı müxtəlif beynəlxalq aktorlarla müzakirə edirik. İndi isə iki əsas variant nəzərdən keçirilir: çoxtərəfli saziş əsasında beynəlxalq tribunal və ya Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma əsasında sadələşdirilmiş həll yolu", - Avropa komissarı bildirib.

Reynders hesab edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı tribunalın yaradılması son mərhələdədir: "Növbəti addım siyasi iradə məsələsidir, indi yalnız ilin əvvəlidir və bu, ilin sonuna qədər mümkün olmalıdır".

Ağarza Elçinoğlu