Cəlilabad rayonunda minik avtomobili piyadanı vurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub. Ağır xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub. Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.