19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan millisi II turun matçına çıxıb.

Oyunları Latviyada keçirilən B liqasının 4-cü qrupunda mübarizə aparan Həbib Ağayevin yetirmələri Bolqarıstanla qarşılaşıblar.

İlk oyununda Monteneqroya 0:4 hesabı ilə uduzan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, II turun digər matçında Monteneqro Latviya ilə üz-üzə gələcək.