Ukraynanın 25 "Patriot" zenit-raket kompleksinə ehtiyacı var və bu barədə bütün Qərb tərəfdaşlarını məlumatlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Ukraynaya hər birində 6-8 batareya olan 25 "Patriot" sisteminin olması məsləhətdir. Bütün tərəfdaşlarımız bunu artıq yaxşı bilirlər və hətta müvafiq sistemlərin quraşdırılması lazım olan nöqtələri də bilirlər", - deyə Ukrayna lideri qeyd edib.