Bədii gimnastika üzrə Azərbaycan millisi Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, komanda böyüklər və gənclər arasında buna nail olub.

Böyüklər - İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər - Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.