Dünyaca məşhur aktyor Ceki Çanın yeni görüntüsü diqqət çəkib.

"Unikal" xəbər verir ki, 70 yaşlı aktyorun saçı və saqqalının ağappaq olması sevənlərini üzüb. Bir çox məşhur da fotonu paylaşaraq pis olduqlarını ifadə ediblər.

Müzakirələr fonunda C.Çan da paylaşım edib. O, izləyicilərindən narahat olmamalarını xahiş edib. Aktyor vurğulayıb ki, görünüşü rol aldığı filmdəki obrazı ilə əlaqədardır.