Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 119 m² olan 3 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.