Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 nömrəli inteqrasiya təhsili üzrə internat məktəbinin şagirdləri "Nine Senses” Yaradıcılıq və Özünüinkişaf Mərkəzində əl işlərini nümayiş etdiriblər. 

"Unikal" xəbər verir ki, internat məktəbin şagirdləri öz tikdikləri paltarlarda podiuma çıxıblar. Geyimlərdə Azərbaycan milli bədii elementlərindən istifadə olunub. 

Paltarları daun sindromlu və autizmli uşaqlar hazırlayıb.