Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

"Unikal" xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.

Matç 19:00-da start götürəcək. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.