Cari ilin yanvar-mart aylarında Azərbaycanda yanacaq istehlakçıları 730,6 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən "Unikal"a bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 12,1 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,4 faiz gəlir əldə edilib.