"Ukraynada 10 minə qədər məhkum səfərbər oluna bilər".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın “New Time” radiosuna Ali Radanın deputatı Roman Kostenko deyib.

Onun fikrincə, ordunun səfərbərliyə hazırkı ehtiyaclarını nəzərə alsaq, “bu, heç nə deyil”.

Deputat məhkumların orduya qəbulu prosesinin dəqiq necə baş verəcəyini açıqlamayıb. Eyni zamanda o qeyd edib ki, Ukraynanın belə təcrübəsi var - münaqişənin əvvəlində döyüşlərdə iştirak etmiş məhkumlar artıq azad edilib.

Yanvarda Ukrayna ədliyyə nazirinin müavini Yelena Vısotskaya bildirib ki, Ədliyyə Nazirliyi həbsdə olanların orduya çağırılmasına rəsmən icazə verilməsini təklif edən səfərbərlik haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı parlamentə təkliflər göndərib. Onun sözlərinə görə, hazırda Ukrayna qanunvericiliyi məhkumların və artıq cəzasını çəkmiş şəxslərin Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb edilməsini qadağan edir.

Gülayə Mecid