Şri-Lankada keçirilən avtomobil yarışında avtomobilin trasdan çıxaraq tamaşaçılara çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb.

Qəza "Fox Hill Super Cross" yarışında baş verib. Yarışı izləməyə 100 mindən çox insan gəlib.

Polisin məlumatına görə, yarışda iştirak edən avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək tamaşaçı kütləsinə çırpılıb. Ölənlər arasında uşaqlar da var. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Dörd yaralının vəziyyəti ağır qiymətləndirilir.