Los-Ancelesdəki Hollivud kinostudiyası "Universal Studios"un yaxınlığında tramvay qəzası baş verib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 15 nəfər yaralanıb.

Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

Hadisənin təfərrüatları hələlik məlum deyil.