"2023-cü ildə ümumi qlobal müdafiə xərcləri tarixi rekorda çatıb". 

"Unikal" xəbər verir ki, bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır. 

"Ümumi qlobal müdafiə xərcləri 2023-cü ildə 2,443 milyard dollara çatıb. Bu, SIPRI tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir", - hesabatda qeyd olunub. 

Təşkilatın məlumatına görə, ötən ilin sonunda hərbi xərclərə görə ilk onluqda ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya yer alıb.

Eyni zamanda, qlobal miqyasda xərclərin təxminən yarısı yalnız iki ölkənin - ABŞ (916 milyard dollar) və Çinin (296 milyard dollar) payına düşür. Ölkələr xərclərini müvafiq olaraq 2,3% və 6% artırıb. SIPRI-nin məlumatına görə, Rusiya 2023-cü ildə müdafiə büdcəsini 24% artıraraq 109 milyard dollara çatdırıb, Moskvanın hərbi xərcləri isə 2014-cü ildən bəri 57% artıb.

Reytinqdə səkkizinci yeri tutan Ukrayna 2023-cü ildə hərbi ehtiyaclara 64,8 milyard dollar xərcləyib və 2023-cü il göstəricisi 2014-cü ildəki xərclərin səviyyəsini 1270% üstələyib.

Hesabatda deyilir ki, faiz ifadəsində 2023-cü ildə hərbi xərclərin ən böyük artımını Konqo Demokratik Respublikası göstərib. 

Gülayə Mecid