Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Xutor" tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun "Koroğlu" stansiyası  istiqamətində sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.