Çeçenistan lideri Ramzan Kadırovun səhhəti pisdir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Novaya qazeta Europe" nəşri yazıb. 

Qeyd olunub ki, Kreml Kadırovun varisi kimi “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinovu seçib. 

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyinin Hərbi və Siyasi Məsələlər Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, həkimlər Ramzan Kadırova pankreas nekrozu diaqnozu qoyublar və onun tam sağalma ehtimalı azdır. Bildirilir ki, 2023-cü ildə Kadırov böyük dozada ağrıkəsici və sakitləşdirici dərman qəbul etdikdən sonra komaya düşüb. Sonradan həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.

Ağarza Elçinoğlu