Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Bu barədə “Unikal”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir. 

Qeyd edək ki, ilk məlumatı "Qafqazinfo.az" saytı yayıb.