Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların geri çəkilməsi – red) Ermənistanın 1991-ci ildə Azərbaycanın sərhədlərini tanımasından sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur”, - deyə Kreml nümayəndəsi izah edib: “Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün artıq funksiya qalmayıb (sülhməramlılar - red).

“İndi biz tamamilə yeni həyatdan danışırıq”, - deyə Peskov qeyd edib: “Azərbaycan ərazisi var, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.”