Qırğızıstan prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycan Respublikasına dövlət səfəri edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Bişkekdə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azimbakiyev açıqlayıb. 

Onun sözlərinə görə, səfər zamanı Japarov Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.

Dövlət başçıları, xüsusilə, ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, eləcə də səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Japarovun səfəri çərçivəsində Dövlətlərarası Şuranın ikinci sessiyasının da keçirilməsi planlaşdırılır, bunun nəticəsində prezidentlərin birgə bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.

Ağarza Elçinoğlu