Ermənistanın ordusu Azərbaycana təhvil verilən Qazaxın kəndlərindən geri çəkilib. 

"Unikal" xəbər verir ki, bu barədə Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan açıqlayıb. 

"Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi - ordumuz mövqelərimizdən geri çəkildi. Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür, - o Kirants kəndində deyib. 

Ağarza Elçinoğlu