Bukingem Sarayının mühafizəsinə məxsus 5 at Londonun mərkəzini xaosa çevirib.

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, atlar səhər məşqi zamanı hərbçiləri yıxaraq qaçıblar. 

Atların nizamsız qaçışı nəticəsində 5 nəfər yaralanıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib.

Atlardan biri ikimərtəbəli avtobusa, digəri isə taksiyə çırpılıb.

Hadisədən sonra Bukingem Sarayı yolu bağlanıb. 

Ağarza Elçinoğlu