Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib.

"Unikal"ın məlumatına görə, mərasimdə maraqlı anlar yaşanıb.

Belə ki, Baş nazirin müavini Əli Əhmədov imzaladığı sənədi həmkarına vermək əvəzinə səhvən özü ilə aparmaq istəyib.

Əli Əhmədovun bu hərəkəti dövlət başçılarının, nazirlərin və mərasimin digər iştirakçılarının gülüşünə səbəb olub.

Seymur Əli