İrəvan və Noyemberyanda etiraz aksiyasının 29 iştirakçısı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan DİN açıqlayıb. 

Məlumata görə, aksiya iştirakçılarının 17-si İrəvanda, 12-si Noyemberyanda saxlanılıb. 

Qeyd edək ki, respublikanın müxtəlif bölgələrində etirazçılar Azərbaycanla demarkasiya prosesinə qarşı çıxıblar.

Ağarza Elçinoğlu