Qərb ölkələrinin xəyali sülhməramlı şüarlarla Cənubi Qafqaza daxil olması sabitliyin pozulmasına çevrilmək və regionda dinc yanaşı yaşayışı pozmaq təhlükəsi yaradır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

"Biz dəfələrlə demişik ki, kollektiv Qərb ölkələrinin, ayrı-ayrı Qərb dövlətlərinin məqsədyönlü şəkildə bu regiona sülhməramlı məqsədlər üçün deyil, orada vəziyyətə nəzarət etmək, vəziyyətin sabitliyini pozmaq, dövlətlərin əleyhinə yönəlmiş açıq-aşkar məlumatların toplanması ilə məşğul olmaq və ya sülhməramlı monitorinq adı altında sadəcə olaraq iqtisadi və digər faydalar əldə etməkdir, amma əsas odur ki, regionda vəziyyətin sabitliyinin pozulması onun özü üçün daha çox fayda gətirir", - diplomat qeyd edib.

Rusiya XİN-in sözçüsü hesab edir ki, qeyd olunan tendensiyalar bölgədə qüvvələr balansını qəti şəkildə pozur və ən əsası, müvafiq razılaşmalar əsasında qurulmalı olan dinc nizamlanmaya və dinc yanaşı yaşamaya, həmçinin logistikadan istifadə etmək, bu regionun bütün ölkələrinin xalqlarının rifahına yönəlmiş potensialı inkişaf etdirmək üçün iqtisadi artım üçün imkanlar yaratmağa sözün əsl mənasında zərər verir. 

Ağarza Elçinoğlu