Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslam Respublikasının baş naziri Şahbaz Şərifin birinci müavini təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Şərif və Dar hazırda Ər-Riyadda səfərdədirlər və qəfil təyinatın səbəbinin nə olduğu bəlli deyil.

Qeyd edək ki, İshaq Dar daha əvvəl maliyyə naziri olub.