Amerikalı milyarder və ixtiraçı İlon Mask Pekində Çinin baş naziri Li Qianla görüşüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Li Qian görüş zamanı ABŞ-nin Çinlə qarşılıqlı faydalı əməkdaşlığa sadiq qalacağına ümid etdiyini bildirib.

O, həmçinin elektrik avtomobil istehsalçısı "Tesla"nın Çindəki fəaliyyətini iqtisadi əməkdaşlığın uğurlu nümunəsi adlandırıb.