27 mart 2023-cü ildə keçirilən seçki yarışında qalib gələn Şotlandiyanın baş naziri Həmzə Yusif istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

*** 10:44

Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusifin bu həftə keçirilməsi gözlənilən etimad səsverməsindən kifayət qədər dəstək ala bilməyəcəyi səbəbiylə istefaya getməyə hazırlaşdığı iddia edilib.

"Unikal" xəbər verir ki, bu barədə B.Britaniyanın “Times” qəzeti yazıb. 

Yusifin istefa verəcəyi iddiası SNP və Şotlandiya Yaşıllar Partiyası arasında güc bölüşdürülməsi müqaviləsi bağladıqlarının elanından sonra ortaya çıxıb. SNP və Şotlandiya Yaşıllar Partiyası emissiya hədəfləri ilə bağlı fikir ayrılığından sonra 3 ildir davam edən koalisiyanı pozmağa qərar verib. 

Qeyd edək ki, Həmzə Yusif 2023-cü il martın 27-də Şotlandiyanın baş naziri seçilib. O, Şotlandiyanın ilk müsəlman baş naziridir. Həmzə Yusifin atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub. 

Gülayə Mecid