Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyası onlarla uşağın ölümünə səbəb olub.

"Unikal" xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını bildirib.

Həmçinin, Tanqvami açıqlamasında epidemiyadan 19 uşağın öldüyünü qeyd edib. 

Bölgəyə tibb personalı və dərmanların sürətlə göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə təminat verib.

Zərifə Nağıyeva