Keniyada güclü yağış və daşqınlar nəticəsində bəndin uçub. Hadisə nəticəsində azı 42 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nakuru vilayətində bənd partlayıb, evləri yuyub aparıb və yolları bağlayıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
“Qırx iki nəfər öldü. Bir çox insan palçıqda qalır, biz nəticələrin öhdəsindən gəlmək üçün çalışırıq", - deyə Nakuru vilayətinin rəhbəri deyib.
Qeyd olunur ki, vilayətdə yağışlı mövsümdə ölənlərin ümumi sayı 120-yə yüksəlib.