Türkiyəli aktyorlar Cemal Hünal, Belçim Bilgin, Gizem Karaca, Levent Özdilek eyni layihədə yer alacaqlar.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorlar "1001 gecə" serialında rol alacaqlar.

Ekran işi Dubayla Türkiyənin ortaq layihəsidir. Serialda Dubaydan və İrandan da aktyorlar yer alacaqlar.