Aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva Mir Cəlalın bənzərsiz yaradıcılığından, xüsusilə onun Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına verdiyi töhfələrdən söhbət açıb. 

Ş.Mehrəliyeva qeyd edib ki, dördüncü müsabiqə barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən ötən il noyabrın 1-də elan verilib və hekayələrin qəbulu bu il martın 1-dək davam edib. Müsabiqə həm peşəkar, həm də həvəskar yazarlar üçün açıq olub. Hekayə mövzusu sərbəst idi:

Müsabiqədə Asim Arazlı “Kələntər dayı”, Aliq Məmmədov “Naqafil alver” və Aysel Şıxlı “Sonsuzadək gülümsəyən uşaq” adlı hekayələrinə gərə 3-cü yerə layiq görülüblər. “Yanğınların dili olsa” hekayəsinin müəllifi Nuranə Abbasova və “Heyvagülü” adlı hekayəsinə görə Yaşar Əhmədov müsabiqədə ikinci yeri tutublar. Münsiflərin yekdil rəyi ilə Mir Cəlal adına hekayə müsabiqəsində birinci yerə Leyla Əliyevanın “İşıq” hekayəsi layiq görülüb.

Qalibləri təbrik edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, bu müsabiqə yeni-yeni nasirlərin tanınmasına və onların öz qələmlərini hekayə janrında sınamasına təkan verib. Müsabiqənin Azərbaycan ədəbiyyatının inkişafına xidmət etdiyini söyləyən Hafiz Paşayev ədalətli seçimə görə münsiflərə təşəkkürünü bildirib.

Qaliblərdən olan Nuranə Abbasova "Unikal.az" Xəbər Portalının əməkdaşıdır.