Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək.

"Unikal" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın Konstitutsiya gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Prezident və Baş nazir COP29-da iştiraka dəvət alıblar və bu yüksək səviyyəli konfransda iştirak etməyi planlaşdırırlar.