ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarəsi çərşənbə axşamı Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:50-də "Uayt Sends" Milli Parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub, o katapultasiya edib. Ona tibb yardım göstərilib.

"Uayt Sends" Parkının bəzi hissələri ictimaiyyət üçün bağlıdır.