Süni intellektin mediaya təsiri ilə bağlı müzakirələr davam edir.  

"Unikal" xəbər verir ki, ABŞ-də 8 qəzet ChatGPT istehsalçısı "OpenAİ" və "Microsoft"u müəllif hüquqlarını pozduğu üçün məhkəməyə verib. 

Mətbu orqanlar bildirirlər ki, texnoloji şirkətlər icazəsiz və ödənişsiz süni intellekt chatbotlarını öyrətmək üçün milyonlarla xəbər məqaləsindən istifadə edir ki, bu da "oğurluq" hesab olunur.

Qəzetlər, o cümlədən "New York Daily News", "Chicago Tribune" və "Denver Post" öz yazılı açıqlamalarında: "Məlumat toplamaq və xəbər hazırlamaq üçün milyardlarla dollar xərcləmişik. Biz "OpenAI" və "Microsoft"un işimizi oğurlamasına icazə verə bilmərik",- deyə bildiriblər.

Zərifə Nağıyeva