Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovla görüşüb.

"Unikal" xəbər verir ki, mədəni və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial nəzərdən keçirilib, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə 2024-cü ildə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, dövrümüzün aktual məsələsi sayılan ətraf mühitin qorunması kimi problemlərin həlli istiqamətində mühüm platforma rolunu oynayan COP29-da Rusiya Federasiyasının iştirakı və pavilyonla təmsil olunması müzakirə edilib.