Bakı şəhərinin Pirallahı rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.