İran İsrailin Fələstindəki hərəkətlərinə dəstək verdiyi üçün Britaniyanın müdafiə naziri Qrant Şappsa sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bundan əlavə, krallığın ali hərbi komandanlığına, Kiprdəki Akrotiridəki Britaniya hərbi bazasına və üç şirkətə də məhdidiyyətlər tətbiq edilib. 

Sanksiyalar sırasına adları çəkilən şəxslərə viza verilməsinə qadağa, İran İslam Respublikasına girişə qadağa qoyulması, bank hesablarının bloklanması, İranın yurisdiksiyasındakı ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi daxildir.

Ağarza Elçinoğlu