Fransada məhkəmə 76 yaşlı təqaüdçünü bu ölkənin prezidenti Emmanuel Makronu və onun həyat yoldaşını hədələdiyi üçün 6 ay həbs cəzasına məhkum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Məlumata görə, təqaüdçü ünvanladığı məktubda Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı Makronu təhdid edə biləcək risklərdən yazıb. Təqaüdçünün vəkili isə qeyd edib ki, məktub xeyli maddi sıxıntısı olan və sosial mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan qocanın kömək çağırışıdır. Təqaüdçü onu da bildirib ki, heç kimə zərər vermək niyyətində deyil. 

Bununla belə, məhkəmə bu təminatları inandırıcı hesab etməyib və prokurorluğun vəsatətini təmin edib. 

Ağarza Elçinoğlu