Donetskdə Şimal Hərbi Dairəsi zonasında yaralanan vəkil Elman Paşayev müalicə üçün Moskvaya aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Bildirilib ki, vəkil aldığı zədələrdən sonra yeriyə bilmir: "İndi paytaxt həkimləri Paşayevi sözün həqiqi mənasında ayağa qaldırmalı olacaqlar, çünki o, bel və ayağından aldığı zədə səbəbindən hərəkət edə bilmir. Hələlik həkimlər xəstənin dayaq-hərəkət funksiyasını 100%-ə bərpa etməyin mümkün olub-olmayacağı ilə bağlı heç bir proqnoz verməyiblər".

Xatırladaq ki, Elman Paşayev bir neçə gün öncə Uqledar yaxınlığında ağır yaralanıb. 

Ağarza Elçinoğlu