ABŞ-da dünyasını dəyişən sosial media fenomeni Yağmur Taktaşın məzarı ailəsinin istəyi ilə açılacaq.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə vəkil Fethi Öksüz jurnalistlərə açıqlamasında bildirib. O, məzarın bazar ertəsi açılacağını və qətl şübhəsi üzərində dayandıqlarını bildirib.
Xatırladaq ki, televiziya yarışması ilə məşhurlaşan adanalı sosial media fenomeni Yağmur Taktaş aprelin 3-də ABŞ-da pisləşərək aparıldığı xəstəxanada vəfat edib.
Taktaşın cansız bədəni aprelin 20-də hava yolu ilə gətirildiyi Adanada Kabasakal qəbiristanlığında dəfn edilib.