Böyük Britaniya Ukraynanın Londona Britaniya silahları ilə hücumlar təşkil edəcəyi ehtimalına hazır olmalıdır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

O xatırladıb ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Kiyevə işgüzar səfəri zamanı Ukraynanın Britaniya tərəfindən ona verilən silahlarla Rusiya Federasiyası ərazisini vurmaq hüququna malik olduğunu deyib.

Zaxarovanın fikrincə, London da öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Britaniya silahları ilə bu ölkənin ərazisinə tam olaraq eyni hücumlara başlayacağına hazır olmalıdır.

“Bir vaxtlar qərblilərin bəslədiyi “Əl-Qaidə” terrorçuları kimi”, – deyə diplomat eyham vurub.