İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, turun ikinci günündə daha 4 oyun baş tutub.

“Real Sosyedad” evdə “Las Palmas”a qalib gəlib. “Malyorka”nın qonağı olan “Atletiko” da turu qələbə ilə başa vurub.

“Real” “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə çatdırıb. 
Madrid təmsilçisinin ən yaxın izləyicisi “Barselona” isə “Jirona”ya məğlub olub. Bu görüşdən sonra “Real” çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin komandası mövsümün başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. 
Beləliklə, “Real” tarixində 36-cı dəfə İspaniya çempionu olub. “Jirona” qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. “Barselona” isə 73 xalla 3-cü pilləyə enib.